Bütün xəbərlər
Dağıstan Parlamenti Ramazanovun Baş nazir vəzifəsinə namizədliyini təsdiqlədi
Tarix: 13-05-2026 16:22 | Bölmə: Karusel


 Dağıstan Xalq Məclisi 13 may çərşənbə günü keçirilən iclasında Baş nazirin təyin edilməsi məsələsinə baxdı.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Maqomed Ramazanovun namizədliyini Respublika rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin təklif etdi. Bu barədə RİA Novosti xəbər agentliyi məlumat verib.
Dağıstan Xalq Məclisinin (parlamentinin) deputatları Maqomed Ramazanovun Respublika Hökumətinin sədri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqlədilər.
Səsvermə gizli səsvermə yolu ilə elektron şəkildə aparıldı. İclasda iştirak edən 81 deputatın hamısı lehinə səs verdi.Qərar yekdilliklə qəbul edildi.




Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər