Bütün xəbərlər
Hindistanda külək-yağış 31 nəfəri öldürdü
Tarix: 17-04-2019 15:00 | Bölmə: Karusel

                       

Hindistanın mərkəzi və qərbi ştatlarında qasırğa və daşqınlar nəticəsində azı 31 nəfər həlak olub.
Trend-in məlumatına görə, Madhya-Pradeş, Rajasthan və Qucarat ştatlarında bir neçə gündür ki, aramsız yağışlar davam edir.
Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.
Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.



Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər