Bütün xəbərlər
Rusiya və Ukrayna ABŞ vasitəçiliyi ilə aparılan danışıqların perspektivlərinə inamını itiriblər
Tarix: 13-05-2026 16:06 | Bölmə: Karusel


 Rusiya və Ukrayna münaqişənin həlli üçün ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarının bərpası üçün heç bir perspektiv görmürlər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) "hər iki tərəfin mövqeyi ilə tanış olan insanlara" istinadən məlumat yayıb.
Rusiya və Ukrayna Yaxın Şərqdə müharibə bitdikdən sonra belə ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarının bərpası üçün az perspektivin olduğuna inanırlar.
HESABATDA DEYİLİR.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp Kiyev və Moskvanın razılaşmaya yaxın olduğunu iddia etsə də, münaqişədəki heç bir tərəf "danışıqların davam etdirilməsində dəyər görmür".
Qəzetin mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putin Donbas üzərində tam nəzarəti bərqərar etmək və Kiyevə qarşı tələblərini daha da genişləndirmək üçün "diqqətini yeni Ukrayna ərazilərini ələ keçirməyə yönəldib". Eyni zamanda, Ukrayna rəsmiləri özlərini ABŞ-ın tez və əlverişsiz razılaşmalar bağlamaq təzyiqinə daha az həssas hesab etməyə başlayıblar.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinin yaxınlaşdığını bildirmişdi. Vladimir Putin də bu yaxınlarda Ukraynadakı münaqişənin artıq sona çatdığını bildirmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər