Bütün xəbərlər
Kiyev ABŞ-a hərbi texnologiya ixrac edə bilər
Tarix: 12-05-2026 18:48 | Bölmə: Karusel


 ABŞ Dövlət Departamenti və Ukrayna səfiri Olqa Stefanişina iki ölkə arasında hərbi əməkdaşlıq haqqında mümkün razılaşmaya dair memorandum layihəsi hazırlayıblar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məlumatı "CBS News" mənbələrə istinadən yayıb.
Mənbələrinə görə, razılaşma Ukraynanın ABŞ-a hərbi texnologiya tədarük etməsini və Amerika korporasiyaları ilə birgə dronlar istehsal etməsini nəzərdə tutur.
Bu layihənin mümkün razılaşmaya doğru ilk addım olduğu dəqiqləşdirilib.
Military Watch Magazine əvvəllər Amerikanın Kiyevə silah tədarükünün ABŞ ehtiyatlarını ciddi şəkildə tükəndirdiyini bildirmişdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər