Bütün xəbərlər
Şimali Koreyalı gənc futbolçular Cənubi Koreyalı rəqiblərini əl sıxmadan məğlub etdilər
Tarix: 10-05-2026 22:44 | Bölmə: Karusel

Çində keçirilən Asiya Gənclər Kubokunda 17 yaşadək qadın futbolçuların iştirak etdiyi yarışda Cənubi Koreya ilə Şimali Koreya arasında oyun baş tutdu.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançılar oyundan əvvəl əl sıxmaqdan imtina etdilər.
TASS-ın məlumatına görə, dövlət himnləri səsləndirildikdən sonra oyunçular yalnız hakimlər heyətini salamladılar.
Oyun Şimali Koreya komandasının 3-0 hesablı qələbəsi ilə başa çatdı. Şimali Koreya C qrupunda birinci, Cənubi Koreya isə ikinci yeri tutdu. Hər iki komanda turnirin dörddəbir finalına yüksəldi.
Şimali Koreya yarımfinala vəsiqə uğrunda Taylandla, Cənubi Koreya isə Yaponiya ilə qarşılaşacaq. Oyunlar 11 mayda keçiriləcək.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər