Bütün xəbərlər
İran kəşfiyyatı "Mossad"la əlaqəli iki qrupu məhv edib
Tarix: 10-05-2026 22:43 | Bölmə: Karusel


 İran Tehranın İsrail kəşfiyyat agentliyi Mossad"la əlaqəli olduğuna inandığı iki qrupu zərərsizləşdirib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası IRIB İran İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.
Şübhəlilərin həbsləri zamanı kvadrokopter, səsboğuculu tapança, teleskopik nişangahlı tüfəng, digər silah və sursatlar, Starlink terminalı, uzaq mənzilli radio və güllə keçirməyən jilet müsadirə edilib.
Sionist rejimin kəşfiyyat təşkilatı ilə əlaqəli iki əməliyyat hücrəsinin agentləri müəyyən edilib və saxlanılıb. Silahlı toqquşmada bir terrorçu element öldürülüb.
Daha əvvəl "Tasnim" xəbər agentliyi iranlılar Yaqub Kərimpur və Naser Bekrzadənin "Mossad"a işləməklərinə görə edam edildiyini bildirmişdi.
28 fevralda İsrail və ABŞ İrana hücum edərək Yaxın Şərqdə müharibəyə başladılar. Bundan sonra İslam Respublikası Hörmüz boğazında məhdudiyyətlər tətbiq etmək qərarına gəldi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər