Bütün xəbərlər
Avropa Rusiya və Norveç arasında balıqçılıq müqaviləsindən narahatdır
Tarix: 07-05-2026 20:54 | Bölmə: Karusel


 Arktikada artan təhlükəsizlik riskləri fonunda Barents dənizində balıqçılıq sahəsində Rusiya və Norveç arasında əməkdaşlıqla bağlı Avropa ölkələrində narahatlıqlar artır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Avropa Balıqçılıq Komissarı Kostas Kadisə istinadən məlumat yayıb.
Dəqiqləşdirilib ki, bu, balıqçılıq ehtiyatlarının birgə idarə olunması ilə bağlı 1976-cı il müqaviləsinə aiddir.
Avropa paytaxtları Norveç-Rusiya treska balıqçılığı alyansından getdikcə daha çox narahatdırlar və Arktika balıqçılığında davam edən əməkdaşlığın qitənin təhlükəsizliyinə risk yarada biləcəyindən qorxurlar.
Nəşrə verdiyi müsahibədə Kadiz izah edib ki, Avropanın bu əməkdaşlıqla bağlı narahatlıqları casusluq, təxribat və kritik infrastruktur ətrafında fəaliyyət risklərindən qaynaqlanır.
SSRİ ilə Norveç arasında 1976-cı ildə imzalanan müqavilə, tərəflərin balıqçılıq ehtiyatlarını idarə etdiyi 12 dəniz milindən kənar ərazilərdə balıq ovu gəmilərinin qarşılıqlı çıxışını tənzimləyir. Sənəddə icazə verilən balıq ovu, kvota və tənzimləyici tədbirlərin illik müəyyən edilməsi, gəmi lisenziyalaşdırılması, balıqçılıq qaydalarına riayət edilməsi və Norveç və Barents dənizlərində balıq ehtiyatlarının qorunmasında əməkdaşlıq nəzərdə tutulur.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər