Bütün xəbərlər
Uşakov Putinin 10 may planlarından danışdı
Tarix: 07-05-2026 20:50 | Bölmə: Karusel


Rusiya Prezidenti Vladimir Putinin 10 may üçün heç bir tədbiri planlaşdırılmayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, dövlət başçısı ilə Qələbə Günü şənlikləri üçün Moskvaya gələcək digər ölkələrin liderləri arasında mümkün görüşlər barədə sualı cavablandırarkən bildirib.
Mənim fikrimcə, 10 may - yox. Ən azından heç biri planlaşdırılmayıb.
UŞAKOV DEYİB.
Daha əvvəl Kreml 9 may şənlikləri üçün Rusiya paytaxtına gələcək xarici nümayəndə heyətlərinin rəhbərlərinin siyahısını dərc etmişdi.Onların arasında Abxaziya Prezidenti Badra Qunba, Belarus Prezidenti Aleksandr Lukaşenko, Laos Prezidenti Tonqlun Sisulit, Slovakiyanın Baş naziri Robert Fiko və digər liderlər var.
Həmçinin məlumdur ki, Putin mayın 9-da Fiko ilə danışıqlar aparacaq və danışıqlar zamanı tərəflər Moskva ilə Bratislava arasında əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər