Bütün xəbərlər
İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qara dəniz üzərində müşahidə olunub
Tarix: 05-05-2026 20:57 | Bölmə: Karusel


 "Flightradar24" məlumatlarına görə, İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream IV" təyyarəsi bir neçə saatdır Qara dəniz üzərində uçur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Flightradar24"ün məlumatına görə, təyyarə səhər saat 9:00-da Rumıniyanın Buxarest şəhərindən yola düşüb və sonra Qara dənizin qərb hissəsində dövrə vurub. Daha sonra dənizin mərkəzi hissəsinə keçib.
Avropa Birliyinin hava hərəkətinə nəzarət xidmətindəki mənbə TASS-a bildirib ki, təyyarə 13.000 metrdən bir qədər çox hündürlükdə olub və təyin olunmuş mülki aviasiya dəhlizlərindən keçməyib və ya heç bir ölkənin hava məkanına daxil olmayıb.
Daha əvvəl NATO-nun kəşfiyyat dronu Qara dəniz üzərində qəza siqnalı göndərdiyi bildirilmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər