Bütün xəbərlər
Putin və Tramp münaqişənin həllində vasitəçiliyi davam etdirmək barədə razılığa gəliblər
Tarix: 30-04-2026 21:31 | Bölmə: Karusel


 29 apreldə keçirilən telefon danışığı zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp münaqişələrin həllində vasitəçiliyi davam etdirmək barədə razılığa gəliblər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, yeni danışıqlar və ya səlahiyyətli nümayəndələrin səfərləri üçün hələlik konkret tarix yoxdur.
Onlar vasitəçilik xidmətlərini və əlaqələrini davam etdirmək barədə razılığa gəliblər, lakin hələlik konkret məlumat yoxdur.
O, BUNU JURNALİSTLƏRLƏ BRİFİNQ ZAMANI DEYİB.
Putin və Tramp arasında telefon danışığı 29 apreldə Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. İki liderin söhbəti bir saat yarımdan çox davam edib.Müzakirə mövzuları arasında Ukrayna və İrandakı münaqişələr olub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər