10:02 / 25-04-2026
Mənimdir -Vüqar Əhməd
Bütün xəbərlər
Finlandiya nüvə silahlarının idxalına icazə verməyi təklif edir
Tarix: 23-04-2026 20:49 | Bölmə: Karusel


 Finlandiya hökuməti parlamentə müdafiə məqsədləri üçün ölkədə nüvə silahlarının idxalına və saxlanmasına icazə verən qanun layihəsi təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq elan Finlandiya Müdafiə Nazirliyinin saytında dərc edilib.
Təşəbbüs 23 apreldə baxılmaq üçün təqdim edilib.
Hökumət Finlandiya müdafiəsi kontekstində nüvə cihazlarının Finlandiyaya idxalına, eləcə də onların Finlandiyada daşınmasına, çatdırılmasına və ya saxlanmasına qarşı hüquqi maneələrin aradan qaldırılmasını təklif edir.
Lakin ölkədə nüvə silahlarının əldə edilməsi, istehsalı, inkişafı və tədqiqi qadağan olaraq qalacaq.
Finlandiya Müdafiə Nazirliyi bu qərarın NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə qabiliyyətinin təmin edilməsinə yönəldiyini açıqlayıb.
Mart ayında NATO-nun Finlandiyada nüvə silahlarının yerləşdirilməsi variantını araşdırdığı bildirildi.Qərb mediasının məlumatına görə, Avropanın nüvə silahlarından çəkindirmə sisteminin ABŞ qüvvələrindən müstəqilliyində israr edən Fransa nüvə silahlarını ölkəyə köçürə bilər.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər