Bütün xəbərlər
Ukrayna milli futbol komandası məşqçisiz qalıb
Tarix: 22-04-2026 19:42 | Bölmə: Karusel


 Sergey Rebrov artıq Ukrayna milli futbol komandasını çalışdırmayacaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı baş məşqçi vəzifəsindən ayrılıb.Bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat verib.
Lakin Rebrov vitse-prezident və UAF icra komitəsinin üzvü vəzifəsini qoruyub saxlayacaq.
Bu gün irəliləməli və qarşıdan gələn milli komandanın təməlini təşkil edəcək yeni qərarlar qəbul etməliyik.
Ukrayna millisinin yeni baş məşqçisinin adı daha sonra açıqlanacaq.
Rebrov milli komandaya 2023-cü ilin iyun ayında rəhbərlik edib. O, baş məşqçi vəzifəsində Oleksandr Petrakovu əvəz edib. 51 yaşlı məşqçinin rəhbərliyi altında Ukrayna millisi 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməyib.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər