Bütün xəbərlər
Ermənistan Parlamentinin sədri: "Yerevan Moskvaya təhlükə yaratmaq istəmir"
Tarix: 14-04-2026 17:30 | Bölmə: Karusel


 Ermənistan Rusiya ilə heç bir məsələdə münaqişə etməyəcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan brifinq zamanı jurnalistlərə bildirib.
Biz Rusiyaya heç bir təhlükə yaratmırıq; təhlükəyə çevrilmək niyyətində deyilik. Əgər hər hansı bir problem varsa, onlar bütün ölkələr arasında mövcuddur; bir anda kəskinləşir, digər anda isə azalır.
PARLAMENTARİ DEYİB.
Simonyan qeyd edib ki, Yerevan və Moskva arasındakı bütün məsələlər gələcəkdə müzakirə olunacaq və həll olunacaq.
Aprel ayının əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər etdi. Bəzi siyasi analitiklərin fikrincə, Ermənistan tərəfinin görüşün nəticələrini müsbət şəkildə təqdim etməyə çalışmasına baxmayaraq, Kremldəki qəbul soyuq keçib. Ekspertlərin fikrincə, Kreml Ermənistan rəhbərliyini xarici siyasətdə köklü dəyişiklik cəhdinin nəticələri barədə birbaşa xəbərdar edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər