21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Macarıstanda seçki məntəqələri bağlanıb
Tarix: 12-04-2026 22:02 | Bölmə: Karusel

 Macarıstanda parlament seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 19:00-da (Moskva vaxtı ilə saat 20:00) bağlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 18:00-a olan məlumata görə, seçici fəallığı 74,23% təşkil edib ki, bu da rekord göstəricidir və 2022-ci ilin nəticəsini aşıb. Həmin vaxt bu rəqəm 62,92% təşkil edib.
Macarıstanda 12 apreldə parlament seçkiləri keçiriləcək və bu seçkilərdə 199 parlament üzvü seçiləcək.
Seçki nəticələri Baş nazir Viktor Orbanın Fidesz partiyası və onun tərəfdaşı Xristian Demokratik Xalq Partiyasından ibarət hakim koalisiyanın hakimiyyəti qoruyub saxlayıb-saxlamayacağını, yoxsa müxalifətdəki Tisza partiyasının qalib gəlib-gəlməyəcəyini müəyyən edəcək.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər