Bütün xəbərlər
Moskva və Pekin Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini blokladılar
Tarix: 07-04-2026 21:41 | Bölmə: Karusel


 BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin vetosu səbəbindən Hörmüz boğazı ilə bağlı qətnamə layihəsini təsdiqləyə bilmədi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
11 ölkə qətnamənin lehinə, ikisi bitərəf, Moskva və Pekin isə əleyhinə səs verib. Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya və Çin veto hüququndan istifadə edərək qətnaməni bloklayıblar.
Nəşr qeyd edir ki, sənəd ölkələri Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün "şəraitə uyğun müdafiə səylərini əlaqələndirməyə", o cümlədən ticarət gəmilərinin müşayiət olunmasına və beynəlxalq gəmiçiliyin qarşısının alınması cəhdlərinə qarşı çıxmağa çağırır.
Bundan əlavə, qətnamədə İranın Boğazda ticarət gəmilərinə hücumları dərhal dayandırması tələb olunur. Şura həmçinin regionda gərginliyin azaldılmasına, diplomatik dialoqa qayıtmağa çağırıb və davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləyib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər