19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
"MAX" messenceri artıq Yer orbitində fəaliyyət göstərir
Tarix: 07-04-2026 21:19 | Bölmə: Karusel

 Rusiyanın milli messenceri "MAX" artıq kosmosda fəaliyyət göstərir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Roskosmosun rəhbəri Dmitri Bakanov bu barədə SHOT Telegram kanalına verdiyi müsahibədə bildirib.
Orbitdən Yerə mindən çox mesaj göndərildiyi bildirilir.
Hazırda Beynəlxalq Kosmik Stansiyada olan Rusiya Qəhrəmanı Sergey Kud-Sverçkov Rusiya messenceri vasitəsilə Roskosmosun mətbuat xidməti ilə əlaqə saxlayır.
BAKANOV ƏLAVƏ EDİB.
Daha əvvəl Roskosmosun rəhbəri bildirmişdi ki, insan kosmik uçuşlarında heç bir fasilə olmamalıdır.Buna görə də Beynəlxalq Kosmik Stansiyasının əməliyyatlarının başa çatması və Rusiya orbital stansiyasının buraxılışı sinxronlaşdırılmalıdır.
Eyni zamanda, Bakanov Beynəlxalq Kosmik Stansiyasının fəaliyyətinin 2030-cu ilə qədər uzadılacağı ehtimalını da istisna etməyib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər