Bütün xəbərlər
Kanadada kilsədə atəş açılıb, ölən var
Tarix: 15-04-2019 09:38 | Bölmə: Karusel

            


Kanadanın Salmon Arm şəhərində kilsədə atışma olub.
Trend-in məlumatına görə, naməlum kişi kilsəyə daxil olaraq atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb. Ölən 78 yaşlı Qordon Parmenterdir.
Qordonun oğlunun sözlərinə görə, atəş açdıqdan sonra silahlı şəxs kilsədən çıxıb və daha sonra yenidən oraya qayıdıb: "O digər kişini ayağından yaralayıb. Mən və bir neçə adam silahlı şəxsi saxlayıb, ondan tüfəngi almağı bacardıq".
Polis məlumatı təsdiqləyib və bildirib ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti stabildir.



Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər