22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Lukaşenkonun təklifi ilə "Mac.by" şirkəti Americano qəhvəsinin adını dəyişdirdi
Tarix: 02-04-2026 20:03 | Bölmə: Karusel


 Belarus fast food şəbəkəsi "Mac.by" (əvvəllər McDonald's) məşhur Americano qəhvə içkisinin adını dəyişdirmək prosesini başa çatdırdı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2026-cı ilin aprel ayından etibarən menyu elementi "Nasha Kava" ("Bizim qəhvəmiz") adlandırılacaq.
Dəyişiklik Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən irəli sürülüb. Restoranlardan birinə baş çəkərkən o, xarici adın Belarus ekvivalenti ilə əvəz edilməsini təklif etdi. Əvvəlcə içki müvəqqəti olaraq "qara qəhvə" adlandırıldı, lakin son ad 2 apreldə müəssisələrdə təsdiqləndi.
Şəbəkə rəhbərliyi məhsulun reseptinin və keyfiyyətinin eyni qaldığını və yeməklərin yalnız yerli inqrediyentlərdən hazırlandığını vurğuladı.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər