22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Şri-Lanka 2026-cı ildə ruslar üçün vizasız səyahət tətbiq edə bilər
Tarix: 01-04-2026 22:34 | Bölmə: Karusel


 Şri-Lanka hakimiyyəti ruslar üçün vizasız səyahət tətbiq etməyə hazırlaşır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə SHOT Telegram kanalı məlumat verib.
Resursun məlumatına görə, ada dövlətinin hakimiyyəti 30 günə qədər verilən pulsuz elektron vizanı ləğv etməyi düşünür. Hazırda bu sənəd rusların ölkəyə iki dəfə daxil olmasına icazə verir və onların qalma müddətini uzatmaq üçün 60 dollardan 200 dollara qədər (4800-dən 16200 rubla qədər) rüsum tələb olunur.
Qeyd olunur ki, təşəbbüsün müəllifləri Yaxın Şərqdə davam edən münaqişə fonunda Şri-Lankaya turist axınının artacağına ümid edirlər.
Daha əvvəl Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Rusiya və Hindistanın turist qrupları üçün vizasız rejimin tətbiqi imkanlarını fəal şəkildə müzakirə etdiyini bildirmişdi.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər