22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Ermənistan Rusiya ilə yeni atom elektrik stansiyasının tikintisini müzakirə edir
Tarix: 01-04-2026 21:13 | Bölmə: Karusel


 Ermənistan enerji texnologiyalarının inkişafı üzərində Rusiya ilə sıx əməkdaşlıq edir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Baş nazir Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bildirib ki, ölkələr həmçinin yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirlər.
"Deməliyəm ki, hazırda Rusiya tərəfi ilə yeni texnologiyaların, yəni enerji sektorundakı yeni texnologiyaların inkişafı üçün çox sıx əməkdaşlıq edirik... Biz həmçinin yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirik".
PAŞİNYAN BİLDİRİB.
O, əlavə edib ki, Ermənistan bu məsələdə şəffafdır və bu mövzuda müzakirələrin yalnız rusiyalı mütəxəssislərlə deyil, həm də digər ölkələrdən olan tərəfdaşlarla aparıldığını gizlətmir. Paşinyan bunu ölkə üçün ən sərfəli təklifi tapmaq zərurəti ilə izah etdi.
Danışıqlar zamanı Putin Paşinyana Ermənistanın eyni vaxtda Aİ və AİB ilə gömrük ittifaqında olmasının mümkünsüzlüyünü də qeyd etdi.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər