Bütün xəbərlər
Sudanın keçmiş müdafiə naziri təqaüdə göndərildi
Tarix: 15-04-2019 09:19 | Bölmə: Karusel

                     


Sudanın müvəqqəti hərbi şurası keçmiş müdafiə naziri Avad ibn Aufu və təhlükəsizlik xidmətinin rəhbəri Salah Kuşu vəziflərindən azad edib və təqaüdə göndərib.
Trend-in məlumatına görə, bunu şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabaşi İbrahim deyib.
Qeyd edək ki, məhz Avad ibn Auf aprelin 11-də ölkənin sabiq prezidenti Ömər əl-Bəşirin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib və müvəqqəti şuraya başçılıq edib.
Rəsmi nümayəndə deyib ki, təhlükəsizlik sisteminin yenidən qurulması üzrə yeni tədbirlər görülür.



Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər