22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Ukrayna rusiyalı gimnastın neytral statusunu ləğv etmək istəyir
Tarix: 31-03-2026 21:21 | Bölmə: Karusel


 Ukrayna Gimnastika Federasiyası (UGF) 15 yaşlı rusiyalı gimnast Sofiya İlteryakovanın Bədii Gimnastika üzrə Dünya Kubokunun mükafatlandırma mərasimində Ukrayna himni səsləndirilərkən bayraqlara tərəf dönməkdən imtina etdiyinə görə neytral statusunun ləğv edilməsini tələb edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, UGF-nin bəyanatı "Sport24" tərəfindən sitat gətirilib.
Biz bu hərəkəti şəxsi jest kimi deyil, ortaq dövlət ideologiyasının təzahürü kimi qəbul edirik.
UGF İlteryakovanın hərəkətlərinə etiraz edərək, hadisəni Ukraynanın milli simvoluna və Olimpiya Xartiyasının fundamental prinsiplərinə hörmətsizlik adlandırıb. Təşkilat həmçinin Beynəlxalq Gimnastika Federasiyasını (FIG) İlteryakovanın "idmançıya yaraşmayan davranış"a görə nəticələrini ləğv etməyə çağırıb.
Hadisə 30 martda Bədii Gimnastika üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi zamanı baş verib.İlteryakov halqa ilə hərəkətlərin finalında gümüş medal qazanıb.




Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər