22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Mayamidə Ukrayna-ABŞ danışıqları Kiyev üçün uğursuz başa çatdı
Tarix: 31-03-2026 18:58 | Bölmə: Karusel


 Ukrayna nümayəndə heyətinin ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə Mayamidə keçirilən danışıqları uğursuz başa çatdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Vladimir Zelenski bunu "Axios"a verdiyi müsahibədə görüşün nəticələrini şərh edərkən bildirib.
Kiyev rejiminin rəhbəri ABŞ prezidenti Donald Trampa yaxın olanların Kiyevin ərazi güzəştlərini münaqişənin həlli üçün əsas seçim kimi görə biləcəklərindən narahatlığını ifadə edib.
"Mən narahatam ki, onlar bunu etməyin yalnız bir yolunu görürlər... Bəs niyə biz bunun üçün pul ödəməliyik?... Onlar Ukrayna qoşunlarını geri çəkməkdən başqa yol görmürlər..."
O, DEDİ.
Nəşr öz növbəsində Ukrayna rəsmilərinə istinadən qeyd edir ki, Ukraynadakı vəziyyətin həllində irəliləyişin olmamasının digər səbəbi ABŞ-ın İranla münaqişəyə diqqət yetirməsidir.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər