Bütün xəbərlər
Dağıstanda baş verən atışmada iki polis əməkdaşı yaralanıb
Tarix: 30-03-2026 23:05 | Bölmə: Karusel


 Dağıstanın Buynaksk rayonunun Nijni Cenqutay kəndində bir qrup şəxs arasında baş verən münaqişəni dayandırmağa çalışarkən iki polis əməkdaşı yaralanıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi Telegram kanalında məlumat verib.
Dağıstan polisi Buynaksk rayonunda baş verən atışma hadisəsinin səbəblərini araşdırır.
İdarədən verilən məlumata görə, Buynaksk Rayon Daxili İşlər İdarəsinin əməkdaşları təxminən saat 20:30-da dava-dalaşın baş verdiyi yerdən keçərək maşını saxlayıb və araşdırma aparmağa çalışıblar. Bu anda dava iştirakçılarından biri atəş açmağa başlayıb və iki hüquq-mühafizə orqanı əməkdaşını yaralayıb.
Polis əməkdaşları tibb müəssisəsinə aparılıb. Şübhəli, 31 yaşlı yerli sakin saxlanılıb.
İstintaq qrupu üzvləri hadisə yerində işləyir. Hadisənin bütün halları araşdırılır.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər