07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
100 hərbçini daşıyan təyyarə qəzaya uğrayıb
Tarix: 23-03-2026 21:56 | Bölmə: Karusel


Hərbçiləri daşıyan Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin cənubunda qəzaya uğrayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Caracol" radiostansiyası bu barədə məlumat verib.
Kolumbiya radiostansiyasının məlumatına görə, qəzaya uğrayan təyyarə "Hercules C-130" hərbi təyyarəsi olub. Təyyarədə təxminən 110 hərbçi olub.
Kolumbiya müdafiə naziri Pedro Sançes daha sonra sosial mediada məlumatı təsdiqləyib.
Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin üzvlərini daşıyan Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules" təyyarəsi Puerto Leguizamoda uçuş zamanı qəzaya uğrayıb.
NƏŞRDƏ DEYİLDİYİ KİMİ.
Onun sözlərinə görə, qurbanların dəqiq sayını və ya qəzanın səbəbini müəyyən etmək hələ mümkün deyil.
Bazar ertəsi, 23 mart tarixində Nyu-Yorkdakı LaGuardia hava limanında təyyarə və yanğınsöndürən maşın toqquşub. İki pilot həlak olub.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər