Bütün xəbərlər
Əli Laricaninin ölüm xəbərlərindən sonra onun sosial media hesabında yeni bir paylaşım edilib
Tarix: 17-03-2026 16:36 | Bölmə: Karusel

 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbərlərindən sonra onun Telegram kanalında yeni bir paylaşım ortaya çıxıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, paylaşımda Laricaninin yazdığı iddia edilən məktubun fotosu var.
Məktubda ABŞ tərəfindən batırılan USS Dena gəmisinin dənizçiləri üçün başsağlığı verilir.
İran Hərbi Dəniz Qüvvələrinin "Dena" əsgərlərinin şəhid olması beynəlxalq zülmə qarşı mübarizə aparan cəsur İran xalqının fədakarlığının bir hissəsidir.
Daha əvvəl İsrailin müdafiə naziri İsrail Katz Əli Laricaninin bir gün əvvəl Tehrana edilən hücumda öldürüldüyünü bildirmişdi. Lakin İran hakimiyyəti hələlik bu məlumatla bağlı şərh verməyib.
28 fevralda ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başladılar. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdəki Amerika bazalarına və digər hərbi obyektlərə zərbələr endirdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər