Bütün xəbərlər
Rusiya qoşunları 12 yaşayış məntəqəsini azad edib
Tarix: 16-03-2026 21:33 | Bölmə: Karusel

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov mart ayının ilk iki həftəsi üçün hücum əməliyyatlarını ümumiləşdirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Cənub" qüvvələr qrupunun yoxlanışından sonra 12 yaşayış məntəqəsinin azad edildiyi elan edilib.
Məruzədə Konstantinovkadakı vəziyyətə diqqət yetirilib. Gerasimovun sözlərinə görə, hücum bölmələri şəhərin şimal-şərq hissəsində intensiv küçə döyüşləri aparır.
Eyni zamanda, Rusiya qüvvələri cənub-qərb kənarlarına çatıb və şəhərin daha dərinliyinə doğru irəliləməyə davam edir. Hazırda Konstantinovka ərazisinin 60%-dən çoxu Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər