Bütün xəbərlər
Bərdədə xəstənin qarnında qalan yad cisim çıxarılıb
Tarix: 14-04-2019 00:33 | Bölmə: Karusel

                               


Bərdə rayonunda yeddi ay əvvəl əməliyyat zamanı xəstənin bədənində unudulan yad cisim çıxarılıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Bərdə rayon sakini Aygün Əsədli qarın nahiyəsindəki küt ağrılar səbəbindən bu gün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Müayinə zamanı məlum olub ki, qadının qarın boşluğunda tənzif parçası qalıb. Qadın əməliyyat olunaraq tənzif parçası çıxarılıb. 25 yaşlı qadın palataya yerləşdirilib. Müalicə və müayinə işləri davam etdirilir.
Qadının bədənində yad cisim Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində qeysəriyyə əməliyyatı edilən zaman unudulub qalmışdı.



Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər