22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
Bütün xəbərlər
İran Trampa bir neçə sosial media paylaşımı ilə müharibənin qazanıla bilməyəcəyini söylədi
Tarix: 12-03-2026 22:31 | Bölmə: Karusel

 İran ABŞ səhvinin bədəlini ödəməyincə düşmənçilik əməliyyatlarını dayandırmayacaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampa müraciətində bildirib.
Siyasətçi Ağ Ev rəhbərinin İranla müharibədə tez bir zamanda qalib gəlməyin vacibliyini bildirən sözlərini xatırladıb.
Müharibəyə başlamaq asandır, amma bir neçə tvitlə bitirmək mümkün deyil. Səhvinizi etiraf edib bədəlini ödəməyincə sizi buraxmayacağıq.
LARİCANİ SOSİAL MEDİA SƏHİFƏSİNDƏ YAZIB.
Bir müddət əvvəl İranın dövlət televiziyası İranın yeni Ali Lideri Müctəba Xameneinin bəyanatını yayımlayaraq, Tehranın ABŞ və İsrailin İslam Respublikasına hücumlarında həlak olanların qisasını alacağını bildirib.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər