Bütün xəbərlər
Heqset Ukraynada sülh üçün Putin-Tramp söhbətinin əhəmiyyətini vurğuladı
Tarix: 10-03-2026 17:54 | Bölmə: Karusel


Bazar ertəsi günü Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan söhbət Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid verdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset  bildirib.
Yerli media tərəfindən canlı yayımlanan mətbuat konfransında o, Rusiya və ABŞ liderləri arasındakı söhbətdən danışıb.
Mən bu söhbətdə iştirak etməmişəm, amma deyirlər ki, bu, yaxşı bir söhbət idi və ümid edirik ki, bu söhbət zamanı Rusiya ilə Ukrayna arasında müəyyən bir sülhün bərqərar olması ehtimalı təsdiqləndi.
HEQSET İZAH EDİB.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə söhbəti zamanı Tramp Moskvadan Ukraynada atəşkəs üçün heç bir tələb irəli sürməyib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər