Bütün xəbərlər
Dubay sakinləri telefonlarına mümkün raket hücumu ilə bağlı xəbərdarlıqlar alırlar
Tarix: 05-03-2026 21:30 | Bölmə: Karusel


 Dubay sakinləri telefonlarına mümkün raket hücumu ilə bağlı xəbərdarlıqlar alırlar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əmirlik sakinləri bu barədə "Vesti" xəbər agentliyinə məlumat veriblər.
Mövcud vəziyyət və potensial raket hücumu təhlükəsi səbəbindən dərhal ən yaxın təhlükəsiz binaya sığının... Əlavə təlimatları gözləyin.
TƏCİLİ XƏBƏRDARLIQDA BİLDİRİLİR.
Daha əvvəl Reuters Əbu-Dabi Beynəlxalq Hava Limanı yaxınlığında partlayışlar barədə məlumat vermişdi.Bundan sonra İran İslam Respublikasının dövlət televiziyası Tehranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı beynəlxalq hava limanının yaxınlığındakı ABŞ hərbi qərargahına zərbə endirdiyini açıqladı.
28 fevralda ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başladılar. Buna cavab olaraq Tehran Yaxın Şərqdə və İsraildə yerləşən ABŞ bazalarına zərbələr endirdi.
Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, 2-5 mart tarixləri arasında təxminən 16.000 rusiyalı Fars körfəzi ölkələrindən yola düşə bilib.




Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər