12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Alman Paralimpiyaçıları 2026-cı il Oyunlarının açılış mərasimini boykot etdilər
Tarix: 04-03-2026 14:37 | Bölmə: Karusel

 Alman Əlil İdman Assosiasiyası 2026-cı il Paralimpiya Oyunlarının açılış mərasimini boykot etmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, boykotun səbəbi Rusiya və Belarus milli simvollarının yarışlara qaytarılmasıdır. Ukraynanın xarici işlər naziri Andrey Sybiha bunu açıqlayaraq, Almaniya tərəfinə "dəyərlərə əsaslanan mövqeyinə" görə minnətdarlığını bildirmişdi.
Daha əvvəl, 23 fevralda Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsons Rusiya və Belarus idmançılarının milli geyimlərində yarışacaqlarını təsdiqləmişdi. Parsons həmçinin Ukrayna nümayəndə heyətinin potensial etirazlarının və ya boykotlarının komitənin qərarına təsir etməyəcəyini vurğuladı.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər