21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Vüqar Rəhimzadə: "Xocalı Soyqırımı Memorialı xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir"
Tarix: 27-02-2026 23:33 | Bölmə: Karusel

Tarixi Zəfərimizdən ötən 5 ilin uğurları 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu günümüz və gələcəyimiz üçün yaradılan möhkəm təməlin təqdimatıdır. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev Azərbaycanın inkişaf modelinə yeniliklər, müasir dövrün çağırışlarına uyğun əlavələr etməklə, təkmil islahatlar həyata keçirməklə, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olmasını təmin etmək üçün bir-birindən önəmli addımlar atmaqla uğurlarımızın, Zəfərlərimizin miqyasını genişləndirdi, hədəfdən-hədəfə doğru irəliləməyə geniş imkanlar yaratdı. Bu gün Azərbaycanın özünün ədaləti təmin, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsindən qürurla bəhs ediriksə, bu, dövlətimizin düşünülmüş siyasətinin, hədəflərə doğru ardıcıllıqla irəliləməsinin nəticəsidir. Fevralın 25-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı və Xocavənd rayonlarına səfər etdilər. Xocalı rayonunun Xanabad kəndində görülən işlərlə tanış oldular, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə göründəki çıxışında bir daha diqqəti tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına, ərazi bütövlüyümüzün təmin edilməsi üçün görülən hazırlıq işlərinə yönəltdi. Hazırlıq dövrünün çox çəkdiyini və bunun təbii olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, çünki güc yığmalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdi. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Hər gün, hər ay Qələbəyə doğru addımlayırdıq.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünün, qüdrətinin, 30 il dünyadan gözlədiyi və ən yüksək tribunalardan bəyan etdiyi ədaləti və beynəlxalq hüququ özünün bərpa etməsinin təqdimatı oldu. Ədalət, beynəlxalq hüquq mənfumlarını yox qəbul edən, sadəcə sözdə bu anlayışlardan bəhs edən bəzi dünya güclərinə çatdırıldı ki, bu prinsiplər mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizm lazımdır. İkili standarlara uyğun siyasətin aparıldığı dünyada ədalətdən, beynəlxalq hüquqdan danışmaq mümkün deyil. Bunun üçün ədalətsizliyə uğrayan dövlət özü səylər göstərməli, real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatını gücləndirməli, üzləşdiyi təzyiqlərə baxmayaraq bir addım belə geri çəkilməməlidir. Azərbaycan qətiyyətli mövqeyi, böyük səyləri ilə bunu dünyaya sübut etdi və hədəfə nail oldu. Prezident İlham Əliyevin sözügedən çıxışında vurğuladığı kimi, cəmi 44 gündə düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi. Ancaq bilirdim və Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi. Bu gün bu Memorial Kompleksin məhz Xocalıda açılışı ədalətin təntənəsidir.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev çıxışında ədalətə doğru atılan addımların ardıcıllığını da diqqətə çatdırdı. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Bu, ədalətin tam təntənəsidir. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti. Əyilməz iradəmiz bunu təmin etdi.
Milli Məclisin deputatı bildirib ki, indi isə azad edilmiş torpaqlarımız quruculuq dövrünü yaşayır. Tarixi Zəfərimizdən ötən dövrdə Qarabağımızda, Şərqi Zəngəzurumuzda bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsi bu ilin sonunda baş çatır. Qürurvericidir ki, cari ilin iki ayında iki şəhərimiz sakinlərinə qovuşub. Yanvarın 21-də Xankəndi, fevralın 20-də isə Xocavənd şəhəri ilk sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd kəndində və şəhərində görülən işlərlə tanış oldular, sakinlərlə görüşdülər. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisə kimi dəyərləndirilir, Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Dövlətimizin başçısı Xocavənd sakinləri ilə söhbətində bildirdi ki, on minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir çıxışı dünənimizə, bu günümüzə baxış əsasında gələcəyimizə yönələn mühüm çağırışlarla zəngindir. Bu çağırışlarda, həmçinin Azərbaycanın uğurlarını, müstəqil siyasətini, hazırkı mərhələdə Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqları həzm edə bilməyən dairələrə də ünvanlanan mesajlar xüsusi yer alır. Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də bu baxımdan xüsusi diqqətdə oldu. Çıxışında “Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” söyləyən Prezident İlham Əliyev bildirdi ki, artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyada bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, siyasətimizdir: “Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da.”
Baxış sayı: 254
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:07
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
Bu gün, 21:03
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
Bu gün, 19:42
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
Bu gün, 19:39
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
Dünən, 19:54
Seul Kiyevə raketlər verməkdən imtina etdi
Dünən, 18:05
Modidən salamlar və Putinə mesaj çatdırdı
Dünən, 17:55
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
23-08-2026, 20:46
Putin Çeçenistanın ilk prezidentinin 75 illik yubileyi münasibətilə Kadırova zəng etdi
23-08-2026, 20:27
Çin, Rusiya Ay toz detektorunu daşıyan zondun buraxılışını təxirə saldı
23-08-2026, 20:15
Kuşner və Vitkoffun Kiyev və Moskvaya səfərləri təxirə salınıb
23-08-2026, 19:12
Hindistan Rusiya neftindən rekord asılılığa çatdı
23-08-2026, 19:07
Qırğızıstan dağlarında alpinistlərin axtarışı başa çatdı
23-08-2026, 19:00
"Krılya Sovetov" Dmitri Quberniyevi məhkəməyə vermək niyyətindədir
23-08-2026, 18:39
2040-cı ilə qədər Avropada termoyadro elektrik stansiyasının tikintisi planlaşdırılır
20-08-2026, 20:28
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20-08-2026, 20:25
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20-08-2026, 20:19
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20-08-2026, 20:01
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
20-08-2026, 19:51
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
20-08-2026, 19:45
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
20-08-2026, 19:32
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
20-08-2026, 19:26
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19-08-2026, 16:52
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
19-08-2026, 16:39
Macarıstanın yeni prezidenti oldu
19-08-2026, 16:35
Telegram daha 3,8 milyon rubl cərimə aldı
19-08-2026, 08:21
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
18-08-2026, 22:31
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
18-08-2026, 22:11
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
18-08-2026, 12:44
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
18-08-2026, 12:28
"The Financial Times" qəzeti bir amerikalı məmurun "sakit" missiyasından xəbər tutub
17-08-2026, 22:27
Ovçu silahla dron vurmağa cəhd etdiyinə görə cərimələndi
17-08-2026, 22:16
Norveç Kralı V Harald anemiya səbəbindən xəstəxanaya yerləşdirilib
17-08-2026, 22:10
Litva Sərhəd Mühafizəsinin rəisi sərhəd hadisəsindən sonra istefa verdi
17-08-2026, 20:02
Kliçkonun keçmiş nişanlısının ölümü ilə bağlı yeni detallar açıqlandı
17-08-2026, 19:49
İİKK ABŞ ilə rabitə kanallarının mövcudluğunu inkar edir
17-08-2026, 19:33
Melaniya Tramp Ukrayna münaqişəsi nəticəsində ayrılan bir ailənin yenidən birləşməsinə kömək etdi