12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
İrandan gedən Rusiya vətəndaşları üçün Türkmənistan üzərindən əlavə dəhlizlər açılıb
Tarix: 03-03-2026 15:55 | Bölmə: Karusel


 Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Vladimir Poteşkin Yaxın Şərqə hava səyahətləri ilə bağlı iclas keçirib və iclasda Rusiya vətəndaşlarının geri qaytarılması üçün mövcud planı təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əsas yeniliklərdən biri İrandan Türkmənistan üzərindən quru yollarının genişləndirilməsi olub: mövcud Sərəxs keçid məntəqəsinə daha dörd yol dəhlizi əlavə edilib:
Artık - Lütfabad, Qaudan - Bajgiran, Akyayla - İnçeburun və Altın Asır - İnçeburun.
Türkmənistanla yanaşı, vətəndaşların Azərbaycan və Ermənistan (Nurduz - Aqarak keçidi) vasitəsilə vətənlərinə qaytarılması davam edir. BƏƏ və Omana gəldikdə isə, 3 mart tarixində təxminən 4500 nəfərin Rusiya bölgələrinə daşınması üçün 24 repatriasiya reysi planlaşdırılır.
Nəqliyyat Nazirliyi həmçinin aviaşirkətlərdən çağrı mərkəzlərini pulsuz etməyi və sərnişinlərə tam dəstək göstərməyi tələb edib. BƏƏ-də olanlara (20.000-dən çox insan) uçuşları aviaşirkətləri tərəfindən təsdiqlənənə qədər hava limanlarına gəlməmələri tövsiyə olunur.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər