16:44 / 26-02-2026
Kuryer saxlanılıb
Bütün xəbərlər
Məhkəmə "Qazprom Neft" şirkətinin yüksək vəzifəli menecerini rüşvət işi üzrə həbs edib
Tarix: 27-02-2026 20:27 | Bölmə: Karusel


 Məhkəmə "Qazprom Neft" PJSC-nin İdarə Heyəti sədrinin müavini Anton Calyabovu həbs edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat verib.
Təqsirləndirilən şəxs 25 aprel 2026-cı ilə qədər həbsdə saxlanılıb.
Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə Anton Aleksandroviç Cəlyabov 25 aprel 2026-cı ilə qədər həbsdə saxlanılıb.
Məhkəməyə qədər həbs qərarı qapalı şəkildə qəbul edilib.
Cəlyabov "Qazprom İnvest" MMC-nin filialının direktoru vəzifəsində çalışarkən ümumilikdə 29 milyon rubldan çox rüşvət almaqda ittiham olunur.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər