Bütün xəbərlər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tarix: 12-04-2019 22:23 | Bölmə: Karusel

                               

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Belarus təmsilçisi Mikalay Stadubi məğlub edib. 23 yaşlı güləşçi 1/4 finalda ermənistanlı Maksim Manukyana qalib gəlib. 
Taleh Məmmədov (63 kq) və Eldəniz Əzizli (55 kq) yarımfinal görüşlərində məğlub olub. Hər iki güləşçi bürünc medal uğrunda görüşə çıxacaq. 
Elvin Mürsəliyev (77 kq) təsnifat mərhələsində uduzsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Sabah Şəriəti (130) isə 1/8 finalda türkiyəli Rza Kayaalpla bacarmayıb. Kayaalp finala çıxsa, Şəriəti də təsəlliverici görüşə qatılacaq. Bu çəki dərəcələrindəki medal görüşləri sabah keçiriləcək.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər