Bütün xəbərlər
Lukaşenko hamilə qadını əfv etdi
Tarix: 19-02-2026 21:41 | Bölmə: Karusel


 Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə məhkum edilmiş Nataliya Levanın əfvi haqqında fərman imzaladı.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın olan "Pul Pervogo" Telegram kanalı məlumat verib.
Kanalın açıqlamasında bildirilir ki, əfv qərarı dövlət başçısı tərəfindən insanlıq prinsiplərinə əsaslanaraq və hamilə olan məhkum qadının həyat vəziyyəti nəzərə alınmaqla verilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Nataliya Levanın əfvi haqqında fərman imzalayıb.
MƏLUMATDA DEYİLİR.
Onun prezidentə əfv üçün şəxsi müraciəti, aktiv peşmançılığı və cəzasını çəkərkən davranışı nəzərə alınıb.
30 dekabr 2025-ci ildə, Yeni il gecəsi, Lukaşenko ekstremist cinayətlərdə məhkum edilmişlər də daxil olmaqla 22 nəfərin əfv edilməsi haqqında fərman imzaladı.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub