Bütün xəbərlər
Duzun daha bir təhlükəsi aşkarlanıb
Tarix: 12-04-2019 22:20 | Bölmə: Karusel

            

İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur.
Trend-in məlumatına görə, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir. Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.
Qeyd olunur ki, IL-4 və IL-13 zülalları immunitet üçün vacib olsa da, bunların çoxluğu allergik reaksiyalara da səbəb ola bilər.
Alimlərin fikrincə, T-hüceyrələrə natrium xloridin təsiri aradan qalxdıqda allergik reaksiyalar da azalır.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər