Bütün xəbərlər
Ukrayna Xarici İşlər Naziri Rusiyaya görə 2026 Paralimpiya Oyunlarının açılış mərasimini boykot etməyə çağırdı
Tarix: 18-02-2026 23:09 | Bölmə: Karusel


 Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa Rusiyanın qəbul edilməsi səbəbindən İtaliyada keçiriləcək 2026-cı il Qış Paralimpiya Oyunlarının açılış mərasimini boykot etməyə çağırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) ruslar və belaruslulara öz milli bayrağı və himni ilə yarışmağa icazə vermək qərarı Ukrayna Xarici İşlər Nazirini qəzəbləndirdi. Sibiqanın sözlərinə görə, bu bayraqlar və himnlər təcavüzkarlıq edən, şəhərləri dağıdan və idmandan təbliğat silahı kimi istifadə edən rejimləri təmsil edir.
Mən Ukrayna səfirlərinə ev sahibi ölkələrin rəsmiləri ilə əlaqə saxlamağı və bu biabırçı qərar ləğv edilməyincə açılış mərasimində iştirak etməmələrini tövsiyə etmişəm.
O,  X SOSİAL MEDİA SƏHİFƏSİNDƏ YAZIB.
Daha əvvəl, 18 fevralda ruslar və belarusluların 2026-cı il Paralimpiya Oyunlarında öz bayraqları və himnləri ilə yarışa biləcəkləri elan edilmişdi. Rusiyanı Paralimpiya xizək yarışlarında bir qadın və bir kişi, eləcə də snoubordda iki kişi təmsil edəcək.
İtaliyada Qış Paralimpiya Oyunları 6-15 mart tarixlərində keçiriləcək.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub