21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Dağıstanlı İbrahim Paşa Sadıkov 102 yaşında vəfat edib
Tarix: 18-02-2026 21:15 | Bölmə: Karusel


 İkinci Dünya Müharibəsi veteranı və Rusiya Qəhrəmanı İbrahim Paşa Sadıkov Dağıstanda 102 yaşında vəfat edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kədərli xəbər respublikanın Rutul rayonunun başçısı Davud Süleymanovun Telegram kanalında yayılıb.
O qeyd edib ki, İbrahim Paşa Sultanoviç uzun, ləyaqətli və həqiqətən qəhrəmancasına bir ömür yaşayıb. Böyük Vətən Müharibəsi illərində o, qanlı döyüşlərdə iştirak edib, yoldaşlarını xilas etmək və döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə həyatını təhlükəyə atıb. Müharibədən sonra o, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olub və ictimai həyatda fəal iştirak edib.
Sadıqova göstərdiyi fədakarlıq və qəhrəmanlığa görə Rusiya Qəhrəmanı adı verilib, həmçinin hərbi orden və medallarla təltif edilib.
Bütün çoxmillətli Rutul rayonu adından və şəxsən öz adımdan ailəsinə, qohumlarına, dostlarına və Rusiya Qəhrəmanı İbrahim Paşa Sultanoviç Sadıqovu tanıyan və hörmət edən hər kəsə onun vəfatı münasibətilə dərin hüznlə başsağlığı verirəm.
SÜLEYMANOVUN YAZDIĞI.
O, əlavə edib ki, İbrahim Paşa Sultanoviç Sadıqov həmvətənlərinin yaddaşında müstəsna cəsarət, şərəf və Vətənə fədakar xidmət nümunəsi kimi əbədi olaraq qalacaq.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər