Bütün xəbərlər
İrəvanda atışma baş verib, 10 nəfər yaralanıb
Tarix: 18-02-2026 18:50 | Bölmə: Karusel


 İrəvanda atışma baş verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Shamshyan.com" cinayət xəbərləri portalı məlumat verib.
Portala görə, Ajapnyak inzibati rayonunda avtomatik silahlardan atəş açılıb. Bu məlumatlara görə, hadisə nəticəsində 10 nəfər yaralanıb.
Ermənistan Daxili İşlər Nazirliyi TASS-a təcili yardım xidmətlərinin hadisə yerində işlədiyini və polisin axtarış apardığını bildirib.
Hadisənin təfərrüatları hazırda dəqiqləşdirilir.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub