Bütün xəbərlər
Rosaviasiya: Rusiya istehsalı olan 32 təyyarənin xidmət müddəti uzadılıb
Tarix: 09-02-2026 14:16 | Bölmə: Karusel

Rusiya istehsalı olan təyyarələrin texniki xidməti və xidmət müddətinin uzadılması Rosaviasiya üçün vacib sahədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rosaviasiya rəhbəri Dmitri Yadrov bu barədə "Rossiya 24" televiziya kanalına verdiyi müsahibədə danışıb.
O, Uzaq Şərqdə fəaliyyət göstərən "An-24", "An-26" və "Yak-40" təyyarələrinin xidmət müddəti uzadıldığını bildirib.
"Biz yerli istehsal olan təyyarələrimizin texniki xidmətinə diqqət yetiririk. Keçən il yerli istehsal olan 32 təyyarənin xidmət müddətini uzadıbıq. Bunlar ölkəmizin Uzaq Şərqdəki əlaqəsini təmin edən "An-24", "An-26" və "Yak-40" təyyarələridir", - Yadrov qeyd edib.
Daha əvvəl Rosaviasiya rəhbəri Dmitri Yadrov 2026-cı ildə Malayziya ilə birbaşa hava əlaqəsinin açılması planlarını açıqlamışdı.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
2-02-2026, 21:20 “Velizar” həbs edildi