22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Rusiyalı xizəkçi Korostelev Olimpiya skiatlonu zamanı norveçli ilə toqquşub
Tarix: 08-02-2026 19:56 | Bölmə: Karusel

Rusiyalı xizəkçi Saveliy Korostelev və norveçli dünya çempionu Harald Amundsen İtaliyada keçirilən Olimpiya skiatlonu zamanı toqquşublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə trekin 11-ci kilometrliyində baş verib.Norveçli toqquşma nəticəsində yıxılıb, Korostelev isə ayaq üstə qalıb.
Neytral olaraq yarışan Korostelev skiatlonda dördüncü yeri tutub. Yarışçılar 20 kilometrlik məsafəni qət ediblər ki, bunun 10 kilometri klassik xizək, 10 kilometri isə konki sürmə olub.
Norveçli Yohannes Klaebo birinci yeri tutub.Fransalı Mathis Deloge qalibdən cəmi iki saniyə geri qalaraq gümüş medal qazanıb.Norveçli Martin Nyenget isə üçüncü yeri tutub.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər