22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Kliçko Kiyev üçün çətin günlər barədə xəbərdarlıq etdi
Tarix: 08-02-2026 11:36 | Bölmə: Karusel

Kiyev meri Vitali Kliçko ukraynalıları növbəti bir neçə günün Kiyev üçün çox çətin olacağı barədə xəbərdar etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Telegram kanalında yazıb.
Kliçko qeyd edib ki, Kiyevdə şiddətli şaxtalar proqnozlaşdırılır, sakinlər isə ölkənin elektrik şəbəkəsindəki çətin vəziyyətə görə gündə 1,5-2 saat elektrik enerjisi alırlar.
Kiyev merinin bəyanatında deyilir: "Növbəti bir neçə gün Kiyev üçün çox çətin olacaq.Paytaxtda, xüsusən də gecə saatlarında yenidən şiddətli şaxtalar proqnozlaşdırılır".
Ukrayna Energetika Nazirliyi ölkənin elektrik şəbəkəsindəki vəziyyətin son dərəcə çətin olduğunu, əksər bölgələrdə təcili elektrik kəsintilərinin davam etdiyini bildirib.Atom elektrik stansiyasının gücü azaldılıb.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər