21:20 / 02-02-2026
“Velizar” həbs edildi
Bütün xəbərlər
Kreml: Rusiya milli futbol komandası bərpa olunmalıdır
Tarix: 03-02-2026 14:04 | Bölmə: Karusel

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya futbolçuları və milli komandası hüquqlarını bərpa etməli və beynəlxalq turnirlərdə iştirak etməyə icazə verilməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü vurğulayıb ki, Rusiya tərəfi FIFA prezidenti Canni İnfantinonun Rusiyanın beynəlxalq futbol arenasına qayıtması ilə bağlı açıqlamasını alqışlayır.
"Həqiqətən də, idmanı, Olimpiya və ya futbol ideyasını siyasiləşdirmək heç vaxt düzgün olmayıb və bu barədə düşünməyin vaxtıdır. Futbolçularımız və milli komandamız hüquqlarını tam bərpa etməli və FIFA çərçivəsində beynəlxalq yarışlarda iştirak etməyə icazə verilməlidir", - deyə, o bildirib.
Daha əvvəl FIFA prezidenti Rusiya komandalarına qoyulan qadağanın qaldırılması məsələsini nəzərdən keçirməyə çağırıb.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər