Bütün xəbərlər
Qəzaya uğrayan təlim təyyarəsi Sankt-Peterburq universitetlərindən birinə məxsus idi
Tarix: 02-02-2026 13:30 | Bölmə: Karusel

Orenburq vilayətinin Orsk şəhərində qəzaya uğrayan təyyarə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinə məxsus idi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, qəza nəticəsində üç nəfər həlak olub.
Agentlik mənbəyə istinadən bildirib ki, "Diamond DA təyyarəsi Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinə məxsus idi".
Əvvəllər xəbər verildiyi kimi, təyyarə 2 fevral bazar ertəsi səhəri qəzaya uğrayıb. Qəzanın səbəbi açıqlanmayıb.İlkin məlumatlara görə, təyyarədə iki kursant olub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər