Bütün xəbərlər
Bakıdakı oyunun saatı açıqlandı
Tarix: 30-01-2026 23:10 | Bölmə: Karusel

bakidaki-oyunun-saati-aciqlandi



“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəyi oyunların dəqiq vaxtı məlum olub.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də doğma meydanda – Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Qarşılaşma saat 21:45-də start götürəcək. Tərəflər arasındakı cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da “St James' Park” stadionunda baş tutacaq.
Qeyd edək ki, bu cütün qalibi turnirin 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmış “Barselona” və ya “Çelsi”dən biri ilə rəqib olacaq.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər