Bütün xəbərlər
Putin Kremldə İran Təhlükəsizlik Şurasının katibi Laricani ilə görüşüb
Tarix: 30-01-2026 22:25 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin Kremldə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlama verib.
Rusiyada səfərdə olan Vladimir Putin və Laricani arasında görüş cümə günü, 30 yanvarda baş tutub. Görüşün təfərrüatları dəqiqləşdirilməyib.
Laricani və Putin sonuncu dəfə 16 oktyabrda görüşüblər.İran Təhlükəsizlik Şurasının katibi bildirib ki, o, Ali Lider Əli Xameneinin mesajını Rusiya prezidentinə çatdırıb və ikitərəfli məsələləri, eləcə də Rusiya ilə iqtisadi, regional və beynəlxalq əməkdaşlığı müzakirə edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər