21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
Vüqar Rəhimzadə: "Uğurlu sənayeləşmə siyasəti ölkəmizin iqtisadi qüdrətini artırır"
Tarix: 29-01-2026 22:50 | Bölmə: Karusel

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması isə dayanıqlı inkişafı şərtləndirən mühüm faktordur. Azərbaycanın inkişaf modelinin dünyaya nümunə kimi təqdim edilməsi bütün bu məqamlara aydınlıq gətirir. Özünün zəngin enerji resurslarından səmərəli istifadə etməsi bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qorumasında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın bu gün böyük investisiya cəlbediciliyinə malik ölkə kimi nüfuz qazanmasında bu müqavilənin rolu əvəzsizdir. Heç şübhəsiz, Azərbaycan bu sazişlə bünövrəsi qoyulan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi ilə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bütövlükdə enerji diplomatiyamızın uğurları davamlıdır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2020-ci ilini sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın yaşıl enerjiyə keçidlə hazırda dünyanın diqqətində olması bugünümüzə və gələcəyimizə hesablanan inkişaf strategiyasının uğurlarıdır. Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkir və bu çağırışı da edir ki, iqtisadiyyatın şaxələndirilməsi prioritet məsələlərdəndir.
Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması bu gün qarşıda dayanan əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılan addımlar sırasındadır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısının iştirakı ilə yanvarın 27-də Sumqayıt Sənaye Parkında sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi bu sahənin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqlədi. Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, həmin iqtisadi subyektlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsalın səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu. Bu statistik rəqəmlər açıqlandı ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir. Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Səfər zamanı, həmçinin Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılış, “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirildi. Göründüyü kimi, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
Millət vəkili bildirib ki, bu gün bütün regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” uğurla icra edilir. Ümumilikdə dövlət başçısı İlham Əliyevin ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn addımları ardıcıllığı ilə diqqəti cəlb edir. Hər bir sənəd yol xəritəsi olmaqla yanaşı, mövcud imkanların təqdimatıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının uğurlu icrası əldə olunan nəticələrdən aydın görünür. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən Prezident İlham Əliyevin regionlara davamlı səfərləri bu sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrasını şərtləndirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir. İqtisadi inkişaf Azərbaycanın dünyanın müxtəlif ölkələr ilə əməkdaşlıq əlaqələrinin günbəgün möhkəmlənməsini təmin edir. Bu günlərdə 56-cı Davos Dünya İqtisadi Forumunda dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin say tərkibi bunu bir daha sübut edir. Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesabında paylaşım etdi. Paylaşımda “Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində görüşləri. Davos 19-22 yanvar 2026-cı il” sözləri yer aldı.
Milli Məclisin deputatı qeyd edib ki, bu gün dünyanın diqqətini Azərbaycana yönəldən, dövlətimizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən tarixi sülh sazişi ölkəmizin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu gün regionda dayanıqlı sülhün, inkişafın tərəfdarı olan və bunu real addımları ilə təsdiqləyən Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Azərbaycanın iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, Prezident İlham Əliyevin qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini müxtəlif platformalardan beynəlxalq ictimaiyyətə çatdırması yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə ölkəmizin artan rolunun, söz sahibliyinin nümayişidir. Bugünkü reallıqlarımız Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının təqdimatıdır.
Baxış sayı: 295
Bölməyə aid digər xəbərlər

Dünən, 21:03
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
Dünən, 19:42
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
Dünən, 19:39
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
24-08-2026, 19:59
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
24-08-2026, 19:54
Seul Kiyevə raketlər verməkdən imtina etdi
24-08-2026, 19:48
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
24-08-2026, 19:30
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
24-08-2026, 18:05
Modidən salamlar və Putinə mesaj çatdırdı
24-08-2026, 17:55
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
23-08-2026, 20:46
Putin Çeçenistanın ilk prezidentinin 75 illik yubileyi münasibətilə Kadırova zəng etdi
23-08-2026, 20:27
Çin, Rusiya Ay toz detektorunu daşıyan zondun buraxılışını təxirə saldı
23-08-2026, 20:15
Kuşner və Vitkoffun Kiyev və Moskvaya səfərləri təxirə salınıb
23-08-2026, 19:12
Hindistan Rusiya neftindən rekord asılılığa çatdı
23-08-2026, 19:07
Qırğızıstan dağlarında alpinistlərin axtarışı başa çatdı
23-08-2026, 19:00
"Krılya Sovetov" Dmitri Quberniyevi məhkəməyə vermək niyyətindədir
23-08-2026, 18:39
2040-cı ilə qədər Avropada termoyadro elektrik stansiyasının tikintisi planlaşdırılır
20-08-2026, 20:28
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20-08-2026, 20:25
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20-08-2026, 20:19
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20-08-2026, 20:01
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
20-08-2026, 19:51
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
20-08-2026, 19:45
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
20-08-2026, 19:32
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
20-08-2026, 19:26
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19-08-2026, 16:52
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
19-08-2026, 16:39
Macarıstanın yeni prezidenti oldu
19-08-2026, 16:35
Telegram daha 3,8 milyon rubl cərimə aldı
19-08-2026, 08:21
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
18-08-2026, 22:31
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
18-08-2026, 22:11
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
18-08-2026, 12:44
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
18-08-2026, 12:28
"The Financial Times" qəzeti bir amerikalı məmurun "sakit" missiyasından xəbər tutub
17-08-2026, 22:27
Ovçu silahla dron vurmağa cəhd etdiyinə görə cərimələndi
17-08-2026, 22:16
Norveç Kralı V Harald anemiya səbəbindən xəstəxanaya yerləşdirilib
17-08-2026, 22:10
Litva Sərhəd Mühafizəsinin rəisi sərhəd hadisəsindən sonra istefa verdi
17-08-2026, 20:02
Kliçkonun keçmiş nişanlısının ölümü ilə bağlı yeni detallar açıqlandı
17-08-2026, 19:49
İİKK ABŞ ilə rabitə kanallarının mövcudluğunu inkar edir
17-08-2026, 19:33
Melaniya Tramp Ukrayna münaqişəsi nəticəsində ayrılan bir ailənin yenidən birləşməsinə kömək etdi