Bütün xəbərlər
Yeni xəbər kanalının açılması ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatdı
Tarix: 11-04-2019 18:22 | Bölmə: Karusel

                              


Yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.
Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, qurumun yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatıb.
Martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib.
Müsabiqənin nəticələrinə MTRŞ-nin iclasında baxılacaq.



Baxış sayı: 403


Bölməyə aid digər xəbərlər